Vətən müharibəsinin Şəhid qadını  - Arəstə Baxışova
Cəmiyyət
25.12.2020 20:22
927

Vətən müharibəsinin Şəhid qadını - Arəstə Baxışova

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.


MediaBaku.az xəbər verir ki, Baxışovlar ailəsində 3 uşaq olub - 2 qardaş və 1 bacı. Onun atası - Baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Arəstə Baxışovanın dörd yaşı olanda atası vəfat edib. Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Qeyd edək ki, Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

İlahə Kişiyeva

Loading...