Vətəni canından çox sevən daha bir qəhrəmanımız:  Tərlanı tanıyaq - FOTO
Müharibə
12.01.2021 23:38
667

Vətəni canından çox sevən daha bir qəhrəmanımız: Tərlanı tanıyaq - FOTO

Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatında döyüşlərə könüllü yollanan Hüseynzadə Tərlan Azər oğlu.


Tərlan 10.05.1999-cu ildə Salyan rayon Şorsulu kəndində anadan olub. Orta təhsilini Şorsulu kəndində yerləşən Vüqar İsmayılov adına tam orta məktəbdə alıb. 


44 günlük müharibədə qəhrəmanca döyüşən Tərlan Zəngilan, Cəbrayıl və Qubadlının düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə şücayət göstərib.


Döyüşçümüz yanvar ayının 11-də tərxis olunaraq evinə dönüb.



Loading...
Loading...