Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ölkə
10.01.2022 21:06
14

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.


MediaBaku.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Loading...
Loading...