Xalqın güvən yeri, Qarabağı qaytaran - Ali Baş Komandan
Siyasət
23.12.2020 15:47
181

Xalqın güvən yeri, Qarabağı qaytaran - Ali Baş Komandan

2 gün sonra ölkə Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Dekabrın 24-də ölkə başçısının 59 yaşı tamam olacaq. Xalqımız adından Prezidentimizi təbrik edir, ona can sağlığı, uzun ömür arzu edirik. Allah Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarmış Müzəffər Ali Baş Komandanımıza daha böyük uğurlara imza atmağı nəsib etsin, Qarabağı birlikdə cənnətə çevirək. Daha gözəl Azərbaycan naminə İlham Əliyev bu xalqa lazımdır.


Bizimyol.info-ya danışan millət vəkili İlham Məmmədov da qeyd edir ki, İlham Əliyev Heydər Əliyev məktəbinin layiqli davamçısı olaraq, Azərbaycanın əmin əllərdə olduğunu sübut etdi. Onun ata vəsiyyətini yerinə yetirərək, Qarabağı yenidən Azərbaycana qaytarması isə misli görünməmiş bir qələbə, qəhrəmanlıq dastanıdır.

İlham Məmmədov 

Milli Məclisin deputatı İlham Məmmədov


“Azərbaycanın ən ağır, parçalanıb bölgələrə bölünəcəyi, müstəqilliyimizin məhv olacağı bir zamanda dünyanın “Azərbaycanlı dahi” adlandırdığı şəxsiyyət, Heydər Əliyev sanki zülmət gecədə doğan günəş kimi xalqının pənahına yetişdi. O yenicə müstəqillik qazanmış ölkəmizin, dövlətçiliymizin qorunub saxlanılması və əbədiliyi üçün yorulmadan çalışdı. Ömrünün qalan hissəsini də Azərbaycan üçün qurban verməyə hazır olan, dövlətçiliyimizin əbədi və sarsılmazlığı naminə ən çətin mərhumiyyətlərə dözən Ulu öndər memarı olduğu Azərbaycanı, özü qədər inandığı, etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri İlham Əliyevə əmanət edərək əbədiyyətə qovuşdu.


Prezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyevin hakimiyyətdə olduğu 17 ilə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin Prezidenti olmaq üçün mümkün olduğundan da artıq çalışır. Və amalı Ulu öndərin başladığı, lakin həyata keçirə bilmədiyi işləri uğurla başa vurmaqdır. Bu gün Azərbaycanda həyatımızın elə bir sahəsi yoxdur ki, orada inkişaf yüksələn xətdə olmasın. Ölkəmiz artıq möhtərəm Prezidentimizin diplomatik bacarığı sayəsində siyasət kürsüsündə öz sözünü qətiyyətlə deyir və müdafiə edə bilir. Nəyi, nə zaman, həyata keçirəcəyinə tam əmin olan cənab Przidentimizin Vətən müharibəsi dövründə həyata keçirdiyi hərbi-diplomatik siyasətini dünyanın əksər dövlət rəhbərləri yalnız bu gün tam dolğunluğu ilə başa düşməyə başlayıblar. Cənab Prezident, Ali Baş Komandan kimi illərdir ki, Azərbaycan Ordusunu düşmənin qarşısında davam gətirməyi bacaran bir ordu kimi yox, düşməni son nəfəsinə qədər məhv etməyə qadir olan, Müzəffər bir Ordu kimi formalaşdırmışdır. Milli Ordumuzun ən müasir silahlarla təchiz olunmasının, şəxsi heyətin mənəvi, psixoloji və döyüş ruhunun ən yüksək səviyyədə olmasının nəticəsidir ki, Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində öz döyüş qabliyyətilə tək düşməni lərzəyə salmadı, hətda NATO-nu belə heyrətə gətirə bildi. Bu savaşda şəhidlərimiz oldu, yaralılarımız tam sağalmadan təkrar döyüşə qatıldılar. Amalı bir, əqidəsi bir, istəyi bir idi ölkəmizin əsgərinin. Torpaqlarımızı düşməndən azad edərək Azərbaycanımızın bütövlüyünü, tamlğını təmin etmək, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızın hər bir qarışınıda dalğalandırıb Ali Baş Komandanımıza şərəflə məruzə etmək üçün əsgərlərimiz qəhrəmancasına, mərdliklə savaşdılar və Qələbə sevincini bizə yaşatdılar. 44 günlük Vətən müharibəsində bizə aydın oldu ki, Ordumuz artıq dünyanın ən qüdrətli, müzəffər ordusu sırasındadır. “Vətən yaxşıdır” oxuya-oxuya düşməni məhv edən Xudayar kimi, əsgər yoldaşlarını xilas etmək üçün özünü qumbarının üstünə atan Tərlan, sərrast top atəşi ilə ermənilərin müdafiə xəttini darmadağın edən Vüsal və minlərlə igidlərimiz ölümün gözünə dik baxdılar, əsgərlərimiz özləri qədər sevdikləri ana torpaq uğrunda şəhidlik zirvəsinə ucaldılar. Heç bir ağır artilleriyadan atəş açmadan, demək olar ki, yalın əllə Xarı Bülbülümüzü, qeyrət simvolumuz olan Şuşamızı yağı düşməndən azad edən, bizi məğlub xalq xəcalətindən xilas edən əsgərlərimiz Azərbaycanda yeni bir tarix yazmağı bacardılar. Ali Baş Komandamızın dediyi kimi düşməni torpaqlarımızdan “iti qovan kimi” qovdular. Vətən müharibəsində bir daha əmin olduq ki, xalqla möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız birdir. Bu birlik şəhid övladını ağlamayaraq “Vətən sağ olsun” deyən anaların, şəhid cənazəsini çiynində daşıyan əsgər xanımının, fəxr edirəm ki, “atam Vətən yolunda şəhid olub deyən” övladların varlığındadır. Öz qulağını kəsəcəyinə and içib, kəsməyə kişiliyi çatmayanlar, zəfərimizi qiymətləndirməyərək gözləri götürməyənlər, bugün də erməni dəyirmanına su tökməkdə davam edən 5-ci kalon bilməlidir ki, Xalq-Heydər birliyinin ədədi- sarsılmaz olduğunu sübut edən Azərbaycan xalqı “İlhamla irəli” deyərək cənab Prezidentimizin ətrafında sıx birləşibdir və ona inanır, etibar edir, öz xöşbəxt, firavan, işıqlı gələcəyini İlham Heydər oğlu Əliyevdə görür!

Loading...
Loading...