Xidməti boyunca yalnız ön cəbhədə döyüşən Kapitan - Şabanov Vüsal
Cəmiyyət
03.01.2021 00:59
960

Xidməti boyunca yalnız ön cəbhədə döyüşən Kapitan - Şabanov Vüsal

Kapitan Şabanov Vüsal Zabit oğlu 13 oktyabr 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. "Cəmşid Naxçıvanski" adına hərbi lisseyi və "Heydər Əliyev" adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. 



Xidmət müddəti boyunca yalnız ön cəbhədə olub. Bu müddət ərzində dəfələrlə mükafatlandırılıb. Ali Baş Komandan İlham Əliyev tərəfindən "Ağdamın işğaldan azad olunması"na görə medalı ilə təltif olunub.


MediaBaku.az xəbər verir ki,dekabrın 29-u Ağdarə istiqamətində gedən döyüşlərdə minaya düşərək sol ayağını itirib. 



Qeyd edək ki, 2020-ci ilin ən son yaralısı Kapitan Vüsal Şabanov olub. Hall hazırda "Silahlı Qüvvələrin Baş Klinik Hospitalı"da müalicəsi davam etdirilir.


Allah şəfa versin!



Şəfa Nəsibova




Loading...
Loading...