Xocavənd döyüşləri zamanı şəhid olan Əsədov Emil
Müharibə
28.12.2020 12:13
679

Xocavənd döyüşləri zamanı şəhid olan Əsədov Emil

Əsədov Emil Balaqardaş oğlu 1998-ci il yanvar 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 2004-2012-ci illərdə Z. Həmidov adına Çuxanlı kənd orta məktəbində, 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini isə 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı" ixtisası üzrə alıb. 


Hərbi xidmətinə 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda şəhərində "N" saylı hərbi hissədə "leytenant" hərbi rütbəsi ilə başladı. Vətən müharibəsində Taqım Komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı  Ermənistan Ordusunun 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub.


Salyan rayonunda dəfn olunub.

Loading...
Loading...