Yeddi mindən çox insanı heyvan dişləyib
Sosial
18.05.2022 15:48
381

Yeddi mindən çox insanı heyvan dişləyib

2022-ci ilin 3 ayında 7051  nəfər heyvan dişləmələrinə məruz qalıb.

MediaBaku.az  xəbər verir ki, bunu   Respublika  Gigiyena  və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova "Heyvan dişləmələri və quduzluq" mövzusunda çıxışında deyib.

O bildirib ki, ötən ilin  müvafiq dövründə bu rəqəm 7361 olub: “Bu o deməkdir ki, 4 faiz azalma qeydə alınıb.

Ən çox itlərin dişləməsi ilə bağlı müraciət daxil olub. Belə ki, 7051 müraciətin 5-6 mini it dişləmələri ilə bağlıdır.

Digərləri pişik, siçan və digər heyvanların hücumu ilə bağlıdır. Ən çox dişləmələrə məruz qalanlar 18 yaşdan yuxarı kişilər arasındadır”.

Şöbə müdiri qeyd edib ki, bu il ölkədə vəhşi heyvan dişləməsi  qeydə alınmayıb.

O əlavə edib ki, ötən dövr ərzində quduzluqdan ölən və yoluxan olmayıb:

Heyvan dişləməsi zamanı quduzluq virusu sinir yolu ilə mərkəzi sinir sisteminə qalxır və tüpürcək vəzilərinə keçir. 

Quduzluğa yoluxan şəxsdə tənəffüs çətinləşir, sudan, işıqdan, havadan qorxma kimi simptomlar özünü göstərir. 

Gecikmə olarsa, ağız suyu ifrazı artır və ağırlaşmalar nəticəsində ölümə gətirib çıxarır. 

İnkubasiya dövrünün 10 gün olduğunu nəzərə alsaq, bu müddət ərzində xəstəxanaya müraciət  etmək lazımdır".

Loading...
Loading...