Yeni dəhşətli virus yayılır:  300 nəfər yoluxub - Gözlər yanır və...
Sağlamlıq
07.12.2020 10:55
1188

Yeni dəhşətli virus yayılır: 300 nəfər yoluxub - Gözlər yanır və...

Hindistanın cənub-şərqində yerləşən Andra Pradeş əyalətində mənşəyi bəlli olmayan bir xəstəliyə görə 300 nəfər xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, xəstəliyin aşkar olunması ilə bağlı araşdırma başlanılıb.

Xəstəxanaya müraciət edənlər özlərində ürək bulanma, yaddaş itkisi və göz yanması hallarının olduğunu bildirib. Belə xəstələrə koronavirus testi edilib, lakin neqativ nəticə əldə olunub.

Eluru dövlət xəstəxanasından olan bir nəfər şəxs yerli mətbuata verdiyi açıqlamasında bildirib ki, başda uşaqlar olmaqla, özlərini yaxşı hiss etmədiklərini söyləyərək xəstəxanaya gələnlər gözlərində yanma olduğunu deyir daha sonra anidən qaytarmağa başlayırlar və bəzilərində yüksək hərarət olur. 

Loading...