Yevlaxda peyda olan SİLAHLI ŞƏXS ERMƏNİDİR?  - DİN AÇIQLADI
Ölkə
24.12.2020 23:37
412

Yevlaxda peyda olan SİLAHLI ŞƏXS ERMƏNİDİR? - DİN AÇIQLADI

Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış video həqiqəti əks etdirmir. Belə ki, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb.


MediaBaku.az
 xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

"Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib", - məlumatda qeyd olunub.
Loading...
Loading...