Yoluxma sayının artması səhiyyə sisteminə çətinlik yaradır  - VİDEO
Cəmiyyət
13.12.2020 11:40
203

Yoluxma sayının artması səhiyyə sisteminə çətinlik yaradır - VİDEO

Yoluxma sayı daha da artarsa, səhiyyə sistemi bu təzyiqə dözə bilməz.

MediaBaku.Az Xezerxeber.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncədə Ermənistan silahlı qüvvələrinin terrorundan zərər çəkən şəxslərlə görüşü zamanı deyib.

O bildirib ki, qış aylarında virusun yayılması daha da artır. Artım davam edərsə, tibb işçiləri, həkimlər hamıya kömək edə bilməz. Odur ki, hər kəs qaydalara əməl etməklə özünü xəstəlikdən qorumalıdır.

Hande Harmancı yeni növ koronavirusa qarşı olan vaksinlərdən də danışıb. O bildirib ki, bununla bağlı dünya üzrə vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq.

Hande Harmancı vurğulayıb ki, əhalinin peyvəndlənməsi xeyli müddət tələb etdiyindən vaksininin gətirildiyi dövrdə də vətəndaşlar maksimum dərəcədə özlərini qorumalıdırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Loading...
Loading...