Zəngəzurda vəziyyət gərginləşdi  - Müdafiə naziri bölgəyə yollandı (VİDEO)
Siyasət
17.12.2020 16:39
147

Zəngəzurda vəziyyət gərginləşdi - Müdafiə naziri bölgəyə yollandı (VİDEO)

Ermənistanın Sünik bölgəsinin (tarixi Zəngəzur ərazisi) Qafan şəhərində etiraz aksiyası keçirilir.

Qəzəbli kütlə istifadəyə hazır olan və lakin hazırda işləməyən Qafan hava limanının yanındakı yolu bağlayaraq nəqliyyatın hərəkətinə imkan vermir. Aksiyanın səbəbi bölgə ilə həmsərhəd olan Dağlıq Qarabağın Azərbaycan tərəfindən işğaldan azad edilməsindən doğan narahatlıqdır. Bölgə əhalisi Sünikin də Azərbaycana kompensasiya qarşılığında veriləcəyindən qorxur. Etirazçılar səlahiyyətli qurumlardan açıqlama alana qədər yolu bağlı saxlamaq niyyətindədir. 

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə İrəvan kimi Zəngəzurun (Sünik bölgəsi) da Azərbaycanın tarixi torpağı olduğunu bəyan edib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan bu gün Sünik bölgəsinə gedib. Arutyunyan sərhədyanı bölgələrdə gücləndirmə işləri, hərbi postların tikintisi və növbəlilik qaydaları ilə yerində tanış olacaq. Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan da Sünik bölgəsindəki vəziyyətə münasibət bildirib. O, Ermənistanın sərhədlərində nəzarətin onlarda olduğunu deyib. Nazirin bölgəyə səfərinin altında daha ciddi səbəblərin yatdığı, lakin bunun açıqlanmadığı bildirilir.//publika.az

Loading...