Zərərçəkmiş şəxslər Prezidentə və Birinci vitse-prezidentə müraciət ediblər  - FOTO
Ölkə
15.09.2021 17:30
728

Zərərçəkmiş şəxslər Prezidentə və Birinci vitse-prezidentə müraciət ediblər - FOTO

Zərərçəkmiş şəxslər qarşılaşdıqları haqsızlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və hüquq mühafizə orqanlarına müraciət ediblər.














Zərərçəkmiş şəxslər “Vətənxəbər”ə açıqlamalarında bildiriblər ki, müraciəti imzalayan 6 zərərçəkmiş şəxsin Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən hüquq və azadlıqları, qanuni mənafeləri ibtidai istintaqda müstəntiq tərəfindən kobud surətdə pozulub. Hər biri maddi ziyan çəkmələrinə baxmayaraq, müstəntiq onları cinayət işindən uzaqlaşdırılıb və işi tələsik Xəzər Rayon Məhkəməsinə göndərib və sentyabrın 15-də hazırlıq iclası təyin edilib.

Zərərçəkmiş şəxslər Xəzər Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət təqdim edərək xahiş ediblər ki, AR CPM 307-ci madəsinə uyğun olaraq xüsusi qərar qəbul edilsin, işə obyektiv baxılması üçün cinayət işi istintaqa geri qayıtsın.

Zərərçəkmiş şəxslər müraciətdə bildiriblər ki, Xəzər RPİ-də başlanmış, atası Elxan Quliyevlə əlbir olaraq dələduzluq cinayət əməlləri törədərək vətəndaşların xüsusilə külli miqdarda pullarını ələ keçirən Quliyev Elçin Elxan oğlu barəsində cinayət işində hüquqları pozulmuş zərərçəkmiş şəxslər, Xəzər Rayon Polis İdarəsini və Prokurorluğunu adıçəkilən hər iki şəxsi müdafiə etməkdə və işə obyektiv yanaşılmamaqda qınayıblar.

“Vətənxəbər” müraciəti foto formatda təqdim edir.

Loading...
Loading...